BURADA REKLAMINIZ OLA
BİLƏR

Hulusi Akar və Aleksey Reznikov arasında telefon danışığı oldu

Türkiyə müdafiə naziri Hulusi Akar və Ukraynanın müdafiə naziri Aleksey Reznikov arasında telefon danışığı olub.

Pravda.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə müdafiə nazirliyi yayıb.

Onlar qısa zamanda atəşkəs elan edilməsinin vacibliyi, Türkiyə vətəndaşlarının eləcə də mülki şəxslərin qurudan və dənizdən təxliyyəsinin aktuallığı, Ukrayna limanlarında gözləyən Türkiyəyə məxsus ticarət gəmilərinin təhlükəsiz daşınmasının təmin edilməsi kimi məsələlər xüsusilə vurğulanıb. 

Bundan əlavə Hülusi Akar bir daha qeyd edib ki, Türkiyə Ukraynaya humanitar yardım etmək üçün üzərinə düşəni edəcək.

Leyla

Tarix: 16 Aprel 2022, 13:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin