BURADA REKLAMINIZ OLA
BİLƏR

"Ermənistanın Azərbaycanın 5 şərtini qəbul etməsi deməyə imkan verir ki, ATƏT-in Minsk Qrupu missiyasını başa çatdırıb" - ATƏT

"Fransa Xarici İşlər Nazirliyinin nümayəndəsi Bris Rokfeylin Ermənistana səfəri hər kəs tərəfindən maraqla izlənilir. Nəzərə almaq lazımdır ki, Bris Rokfeyl ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri idi. Hazırda isə o, Ermənistana Fransanın Şərq Tərəfdaşlığı üzrə xüsusi nümayəndəsi kimi səfərə gedib. Bu, onu deməyə əsas verir ki, Minsk Qrupu formatı artıq gündəmdə deyil".


Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

 

 

Deputatın sözlərinə görə, Ermənistan və Azərbaycan münasibətlərinin normallaşmasının mümkünlüyü ilə bağlı keçirilən görüşlərdə açıq-aşkar görünür ki, moderatorluğu əsasən Rusiya etsə də, Avropa İttifaqı da üzərinə böyük məsuliyyət götürüb: "Ona görə də Minsk Qrupunun yenidən aktivləşməsini ümumiyyətlə hesaba almırıq. Lakin ATƏT tərkibində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına töhfə üçün ziyalılar, millət vəkilləri və yaxud da konkret qruplar səviyyəsində müəyyən tədbir və görüşlər keçirilə bilər. Sırf sülh sazişinin imzalanması ilə bağlı işə razılıq əldə edilib, aprelin sonuna qədər hər iki tərəfdən nümayəndələr olmaqla xüsusi komissiya formalaşdırılacaq. Nəticədə, sərhədlərin delimitasiya və demarkasiyası, eləcə də sülh sazişinin imzalanması həllini tapacaq. Həmçinin, Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında telefon danışığının olması yaxın gələcəkdə heç bir vasitəçi olmadan iki dövlət arasında münasibətlərin qurulmasının mümkünlüyündən xəbər verir. Onsuz da moderatorluğun əsas missiyası münasibətləri qurmaqdan və birbaşa əlaqələri bərpa etməkdən ibarətdir. Ermənistanın Azərbaycanın 5 şərtini qəbul etməsi onu deməyə imkan verir ki, ATƏT-in Minsk Qrupu missiyasını başa çatdırıb. Çünki hazırda postmünaqişə dövründəyik. Ona görə də Bris Rokfeylin Ermənistana səfəri proseslərə təsir göstərməyəcək. Faktiki olaraq, danışıqlar fərqli moderatorluq institutları tərəfindən tamamilə fərqli formatda həyata keçirilir".

Nəzrin Cavid

Tarix: 16 Aprel 2022, 13:23   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin