BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan Müdafiə Nazirliyi məlumat yaydı

2022-ci il döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun rabitə hissə və bölmələrində ixtisas hazırlığı üzrə məşğələlər keçirilib.

 

Müdafiə Nazirliyindən verilən məlumata görə, məşğələlərdə səhra rabitə qovşağı və elementlərinin ərazidə açılması, yaranmış mürəkkəb şəraitdə vahid rabitə sisteminin təşkil edilməsi ilə bağlı tapşırıqların yerinə yetirilməsi praktiki olaraq məşq etdirilib.

 

Rabitəçilər idarəetmənin təşkili üçün ərazidə açılmış dayaq və mobil rabitə qovşaqlarından qərargahlararası yüksək keyfiyyətli səs və məlumat mübadiləsini bacarıqla yerinə yetiriblər.

Tarix: 16 Aprel 2022, 14:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin