BURADA REKLAMINIZ OLA
BİLƏR

"EpidBiomed" əczaçılıq şirkəti cərimələndi

"EpidBiomed" MMC-yə cərimə protokolu yazılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, MMC barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.1-ci (Mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi, yaxud əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsi) maddəsi ilə inzibati protokol tərtib edilib.

 

Daha sonra protokol baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib.

 

İş hakim Rəşad Cavadzadənin icraatına verilib. Məhkəmənin hazırlıq iclası aprelin 26-na təyin edilib.

 

Qeyd: "Epid Biomed" MMC əczaçılıq şirkətidir.

 

Kamal Məmmədov

Tarix: 17 Aprel 2022, 09:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin