BURADA REKLAMINIZ OLA
BİLƏR

Daha bir şirkətə cərimə yazıldı

“Baku Fruit Delivery” şirkətinə cərimə tətbiq edildi

 

“Baku Fruit Delivery” MMC-yə cərimə protokolu yazılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, MMC barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi, yaxud əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsi) maddəsi ilə inzibati protokol tərtib edilib.

 

Daha sonra protokol baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib.

 

İş hakim Murad Məmmədovun icraatına verilib. Məhkəmə iclasının vaxtı hələlik açıqlanmayıb.

 

Kamal Məmmədov

Tarix: 17 Aprel 2022, 10:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin