BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda 15 yaşlı qızla evlənən şəxs məhkəmə qarşısında

Bakıda yeniyetmə qızla evlənən 1993-cü il təvəllüdlü Mayıl Hadıyev məhkəmə qarşısına çıxarılır.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, cinayət işi yekunlaşdırılaraq Xəzər Rayon Məhkəməsinə göndərilib.

 

İş hakim Əkrəm Qəhrəmanovun sədrliyi ilə araşdırılacaq.

 

Məhkəmənin hazırlıq iclasının vaxtı aprelin 21-nə təyin edilib.

 

Qeyd: Bu il fevralın 4-də paytaxtın Xəzər rayonu, Binə qəsəbəsi sakini 6 may 2006-cı il təvəllüdlü Nigar Rüstəmova (ad və soyad şərtidir) və bətnindəki döl ölüb.

 

Rəsmi məlumata görə,  o, 10 ay əvvəl 1993-cü il təvəllüdlü M.Hadıyevlə ailə həyatı qurubmuş.

 

Xəzər Rayon Polis İdarəsinin İstintaq idarəsi tərəfindən cinayət əməlində təqsirləndirilən M.Hadıyevin barəsində Cinayət Məcəlləsinin 152-ci (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham irəli sürülüb.

 

Xəzər Rayon Məhkəməsinin qərarına əsasən, M.Hadıyebin barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

 

Kamal Məmmədov

Tarix: 17 Aprel 2022, 23:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin