BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda məktəbdə müəllimi döyən şəxsin məhkəməsi başlayır

Bakıda məktəbdə müəllimi döyməkdə təqsirləndirilən Fərid Əfəndizadənin cinayət işi üzrə ibtidai istintaqı yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, iş baxılması üçün aidiyyəti üzrə Xətai Rayon Məhkəməsinə göndərilib.

 

Cinayət içi hakim Fuad Axundovun icraatına verilib.

 

Zərərçəkmiş qismində F.Hüseynov (müəllim) tanınır.

 

Məhkəmənin hazırlıq iclası aprelin 25-nə təyin edilib.

 

Qeyd: Rəsmi məlumata əsasən, yanvarın 24-də sosial şəbəkələrdə məktəb müəlliminin bir nəfər naməlum şəxs tərəfindən döyülməsini əks etdirən video paylaşım edilib. Həmin görüntülərlə bağlı polis tərəfindən aparılan araşdırmalar nəticəsində bu əməli 2000-ci il təvəllüdlü Fərid Əfəndizadənin törətməsi müəyyən olunub.

 

Fakt üzrə Xətai Rayon Polis İdarəsinin İstintaq şöbəsi tərəfindən Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb və keçirilən tədbirlərlə ictimai təhlükəli əməldə şübhəli bilinən F.Əfəndizadə tutularaq istintaqa cəlb edilib.

 

Kamal Məmmədov

Tarix: 18 Aprel 2022, 07:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin