BURADA REKLAMINIZ OLA
BİLƏR

Lvova raket zərbələri endirildi: 6 nəfər öldü

Səhər saatlarında Ukraynanın Lvov şəhərinə endirilən raket zərbələri nəticəsində 6 nəfər ölüb, 8 nəfər yaralanıb.

 

Pravda.az “RBK Ukrayna”ya istiandən xəbər verir ki, bunu Lvov vilayəti hərbi adminstrasiyasının başçısı Maksim Kozitski teleqram kanalında bildirib.

 

"Zapad hava komandanlığının məlumatına görə, bu gün səhər saatlarında Lvova dörd raket atılıb. Üçü hərbi infrastruktur obyektinə, biri isə təkər sexinə. Zərbələr nəticəsində yanğınlar başlayıb. Yanğın söndürmə işləri hələ də davam edir. Təəssüf ki, ölən və yaralananlar var. Bu saata olan məlumata görə, 6 ölü və 8 yaralı var. Yaralılar arasında bir uşaq da var. Son itkilər haqqında məlumat dəqiqləşdirilir", deyə Kozitski qeyd edib.

 

Leyla

Tarix: 18 Aprel 2022, 11:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin