BURADA REKLAMINIZ OLA
BİLƏR

“Onlar Qarabağ məsələsinin öz xeyirlərinə həll olunmadığını başa düşüb Paşinyana badalaq vurmaq niyyətindədirlər” - RƏY

“Qarabağdakı seperatçı qüvvələr və Ermənistan müxalifəti eyni nöqtəyə vururlar. Hər iki tərəf, təbii ki, Nikol Paşinyanın hakimiyyətdən getməsini istəyir, çünki onlar başa düşürlər ki, Paşinyan Ermənistanı Azərbaycanın qələbəsi nəticəsində düşdüyü acınacaqlı vəziyyətdən yalnız müəyyən güzəştlər edərək çıxara biləcəyini dərk edib. Yəni, bu, seperatçıları və müxalifəti qane edən məqam deyil”.

 

Bunu Pravda.az-a açıqlamasında politoloq, sabiq diplomat Fikrət Sadıqov deyib.

Politoloq bildirib ki, müxalifət kimi, Qarabağdakı seperatçı dəstələr də Paşinyanı devirmək istəyirlər, amma bu cəhd alınmayacaq, çünki hər bir çevrilişin arxasında mütləq xarici qüvvə dayanmalıdır: “Ermənistandakı müxalif dəstələrlə seperatçıların xaricdən hansısa dəstəkləri yoxdur. Onlar Rusiyanın köməyinə ümid edirlərsə, yanılırlar, çünki Paşinyan özü Rusiyanı qane edir. Nəzərə almaq lazımdır ki, Paşinyan sözəbaxan siyasətçiyə çevrilib. Vaxtilə bir sıra mənasız bəyanatlarla çıxış edən Paşinyan artıq öz yerini tapıb və rəsmi Moskvanı müəyyən qədər qane etməyi bacarıb. Rusiyanın Qarabağ məsələsi ilə bağlı əsas istəyi sülhməramlı qüvvələrin orada öz maraqlarına uyğun xidmət göstərməsidir. Paşinyan da hələlik buna etiraz etmir. Yəni, belə olan halda, seperatçıların Paşinyanı devirmək istəyi normaldır. Onlar Qarabağ məsələsinin öz xeyirlərinə həll olunmadığını başa düşüb Paşinyana badalaq vurmaq niyyətindədirlər”.

 

Nəzrin Cavid

Tarix: 18 Aprel 2022, 14:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin