BURADA REKLAMINIZ OLA
BİLƏR

Novella Cəfəroğlu: “Geyim qadınların öz seçimi olmalıdır, cəmiyyətin yox…”

“Hər bir qadın nəyi istəyərsə, geyinə bilər, bu, onun şəxsi seçimidir. O, istəyərsə çadraya bürünə, istəyərsə qapalı yaxud da daha açıq geyimlər geyinə bilər”.

 

Bunu Pravda.az-a Milli Məclisin deputatı Tahir Kərimlinin müzakirələrə səbəb olan açıqlamasını şərh edərkən Qadın Hüquqlarının Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu bildirib.

 

Onun qeyd edib ki, geyim sərbəstliyi Azərbaycan qadınının illər boyunca əldə etdiyi hüququdur: “Ona görə də bunu tənqid etmək düzgün deyil. Nə geyinəcəyi ilə bağlı istək qadınların özündən asılıdır. Onlar necə geyinmək istəyir? Əsas məsələ budur. Onların ailəsi geyimlərini necə qarşılayır və hansı geyimi geyinəndə onlar özlərini daha rahat hiss edir. Geyim qadınların öz seçimi olmalıdır, cəmiyyətin yox. Eyni məsələ kişilərə də aiddir. Onların da cəmiyyətin tərkib hissəsi kimi sərbəst geyim imkanı var. Yayda şortla rahat gəzə bilmək onların haqqıdır və heç kim buna qarışa bilməz. Əsas olan odur ki, bu onların istəyi və seçimidir heç kim insanların şəxsi geyim istəklərinə müdaxilə edə bilməz, onun özündən başqa…”

 

Qeyd edək ki, T.Kərimli açıqlamasında açıq geyimlərin cəmiyyətdə əxlaqsızlığa yol açdığını bildirmişdi.

 

Leyla Yusubova

Tarix: 18 Aprel 2022, 15:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin