BURADA REKLAMINIZ OLA
BİLƏR

Etibar Hüseynov: “Səhnəyə tullanıb Murat Bozu qucaqlayaraq ayaqlarını onun belinə sarıyan gənc qızları nə tez unutdunuz?”

“Ölürük də "qarışqadan fil düzəltməyə". Dünəndən bəri milləti təhqir edən, gəncliyimizi aşağılayan daha nələr yazılmadı ki? Mən hələ dünənki insidenti Rusiyanın, İranın, hətta Amerikanın projesi olması barədə bəzi adamların "ağıllı-ağıllı" cümlələrlə yazdıqları, "ciddi-ciddi" şərhləri demirəm. Özümüzə qarşı olan bu kinin, nifrətin kökündə nə dayanır? Anlamıram. Ayıbdır e, vallah, ayıbdır. A kişilər, nə İran, nə Rusiya nə Hüseyn Həsənov? Gəncliyi ora aparan hansısa bloger sevgisi deyil, sadəcə Ayfon (iPone) sevgisidir, vəssalam. O ayfon ki, bu günkü gənclik üçün hər şeydir. Qiyməti 3-5000 manat olduğundan ayfonlar bu günkü əksəriyyət üçün əlçatmazdır, xəyaldır, istəkdir. Bəli, orada Hüseynin fanatları da vardı. Amma onların sayı ümumi kütlənin 1001-i, bəlkə 10001-i qədər deyildi. Və burada da qəribə, təəccüblü nə var ki?! Fanat ordusu harada yoxdu ki?! Heç uzağa getməyə ehtiyac yoxdur, Bakıda Hüseyn Dəryanın konsertində bayılan, və yaxud dəlicəsinə səhnəyə tullanıb Murat Bozu qucaqlayaraq ayaqlarını onun belinə sarıyan gənc qızları nə tez unutdunuz? Mən hələ burnunu maşının aynasından içəri soxan Damlanın əyalət fanatlarını demirəm. Amma bir daha qeyd edirəm- dünən baş verən hadisənin səbəbkarı bloger deyil, telefon sevgisidir. Bu bir növ bütün dünyada baş tutan "Qara cümə" aksiyasının Azərbaycan variantı idi. Ayrı heç nə…”

 

Pravda.az-ın xəbərinə görə, bunu sabiq deputat Etibar Hüseynov bildirib.

 

“Demək olar ki, dünyanın əksər ölkələrində keçirilən "Qara cümə"lərdə də eyni hal müşahidə olunur; insanlar gecə saatlarından iri Ticarət mərkəzlərinin qarşısında növbəyə düzülür. Qapılar açılanda isə əsl xaos, qırğın-qiyamət baş verir. Marketlərin altı-üstünə çevrilir. Və onu da qeyd edim ki, bunu da hansısa "beyniqanlı" gənclik deyil, qosqoca avropalı, amerikalı yaşlılar edir. Amma buna görə heç kəs onlara "vəhşi", "görməmiş", "mədəniyyətsiz" demir. Bizdə isə… İndi sizdən bir sualıma cavab istəyirəm: təssəvür edin ki, 2 gün əvvəldən bir elan verilir ki, bəs filan tarixdə, filan ticarət mərkəzində hansısa Həsən-Hüseyn və yaxud Conson-Vilson deyil, elə öz Üzeyir Mehdizadəmiz və ya Şəbnəm Tovuzlumuz öz fanatlarına 20 ədəd pulsuz Ayfon hədiyyə edəcək. Və yaxud Fəlakət (Fəli)  "Sədərək"  ticarət mərkəzində hər birinin qiyməti 3-5 min civarında 20 ədəd məişət cihazı, yaxud ərzaq bağlaması paylayacaq. Sizi inandırım ki, mənzərə dünən baş verəndən daha "möhtəşəm" olacaq. Vallah olacaq, billah olacaq. Ona görə də gənclərimizi aşağılamayın, gözdən salmayın. Bütün əyər-əskikliyi ilə Azərbaycan gəncliyi gözəldir, möhtəşəmdir. Sonuncu Qarabağ savaşında o bunu hamıya sübut etdi. Sevirəm səni Azərbaycan!, sevirəm səni gənclik!”

 

Kənan

Tarix: 18 Aprel 2022, 16:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin