BURADA REKLAMINIZ OLA
BİLƏR

“Görünən odur ki, Qarabağ erməniləri sülhə razılaşmayan radikal qüvvələrin yanındadırlar” - RƏY

“Ermənistanın baş naziri Nikol Paşinyanın siyasəti nə Ermənistanı, nə də Qarabağdakı separatçıları razı salır. Bir sıra dövlətlər də bu məsələlər də Paşinyanın əleyhinədir. Paşinyanın siyasəti onları dəstəkləyənləri qane etmir. Ona görə də qarşıdurma yüksək həddə çatıb”.

 

Bunu Pravda.az-a açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

Politoloq bildirib ki, Ermənistan özünü “baha qiymətə satmaq istəyir”: “Paşinyan Azərbaycana sübut etmək istəyir ki, sülh istəsə də, xalq onunla razılaşmır. Yəni, bu da keçərli versiya ola bilər. Ermənistanda izah yaradan əsas qrup isə müharibə tərəfdarı olanlardır. Hazırda Qarabağda separatçıların davam edən təxribatları, eləcə də Ermənistanda Paşinyanın istefaya çağırılması ölkə daxilində və xaricdə yaşayan radikal qüvvələrin birgə mövqeyidir. Görünən odur ki, Qarabağ erməniləri də sülhə razılaşmayan radikal qüvvələrin yanındadırlar”.

 

Nəzrin Cavid

Tarix: 18 Aprel 2022, 16:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin