BURADA REKLAMINIZ OLA
BİLƏR

Yazıçıdan gənclərin tənqid edilməsinə reaksiya: “Müharibədə əldə edilən qələbədə əsas pay sahibi məgər qocalar idi?”

“Yeni nəsil fərqli yaşayan, fərqli düşünən, sosiallaşmağı bacaran, öz zövqünə, fikirlərinə uyğun tədbirlər olduqda belə izdiham ətrafında yığışa bilir. Bu dünyanın hər yerində var. Zamanında Madonna, Maykl Cekson kimi dünya ulduzlarının iştirakı ilə olan tədbirlərdəki izdihamları hamı bilir. Daha əvəllər Azərbaycanda da belə hallar müşahidə edilib. Zeynəb Xanlarova öz çıxışları zamanı stadionları doldurardı. Bundan başqa kütləvi şəkildə qeyd olunan bayramlar vardı, məsələn, 1 may və SSRİ zamanında mövcud olan digər bayramlarda biz belə izdihamları tez-tez görürdük”.

 

Bunu Pravda.az-a ötən gün “Park Bulvar” ticarət mərkəzində əslən azərbaycanlı olan rusiyalı bloger Hüseyn Həsənovun təşkil etdiyi görüşdə yaranan izdihamla bağlı məsələni şərh edərkən yazıçı-kulturoloq  Aydın Xan Əbilov bildirib.

 

A.Əbilovun sözlərinə görə, Hüseyn kifayət qədər tanınmış bir blogerdir, üstəlik o bir marketoloqdur və bilir ki, belə bir izdihamı sosial şəbəkə kanallarında yayımlamaqla reklamçılar onun hesabına milyonlarla pul köçürəcək: “Buna görə də bu məsələlər ona çox rahat başa gəlir. Onun maliyyəsi imkan verir ki, topdan şəkildə yüz ayfon alsın, lotoreya və digər adlar altında bu qədər insanı bir yerə yığsın. Bu izdihamın əsas kütəsini təşkil edən yeniyetmələr, gənclər, daha çox cəmiyyətin işsiz təbəqəsi idi və onlar üçün həmin şəxsin Hüseyn və ya başqa biri olması o qədər də maraqlı deyil. Burda əsas qazanc pulsuz şəkildə ayfon əldə etməkdir. Əlbəttə, hər birimiz tənqid edə bilərik ki, ölkəyə Nobel mükafatçısı və ya hər hansı məşhur klassik musiqi ifaçısı dəvət olunanda bu kütlənin heç on faizi orda toplanmır. Nəzərə alaq ki, bu toplantı heç bir maddi xərc tələb etməyən, əksinə insanlara lotoreya şəklində nəyisə qazandıra bilən bir tədbir idi. Bunu normal qarşılmaq lazımdır. Sadəcə, məkan uğursuz seçilmişdi. Əgər bu tədbir daha geniş yaxuda hər hansı açıq məkanda keçirilsəydi, bu qədər müzakirələrə səbəb olmayacaqdı”.

 

Yazıçı qeyd edib ki, istənilən halda gənclik hər hansı bir kumirinin ətrafında belə bir şəkildə toplaşa bilirsə, bu, xoş bir haldır: “Sosial şəbəkələrdə yazırlar ki, əgər müharibə olsaydı, ora belə izdihamla getməyəcəkdilər. Bəs müharibədə əldə edilən qələbədə əsas pay sahibi məgər qocalar idi? Elə həmin gənclik idi, getdi, vuruşdu torpaqlarımızı geri qaytardı. Biz tənqidi xoşlasaq da, bu, hadisəni anlayışla qəbul etməliyik”.

 

“Əlbəttə, bu cür izdihamı ölkəmizin inkişafı üçün mədəniyyət, incəsənət, ədəbiyyatın populyarlaşmasında görmək istəyərdik. Bunun üçün də incəsənət, akademik elmlə məşğul olan şəxslər Hüseyn kimi blogelərin texnologiyalarından yararlanmalıyıq ki, gənclik daha ciddi məsələlərin ətrafında belə toplaşa bilsin” – o bildirib.

 

Leyla Yusubova

Tarix: 18 Aprel 2022, 17:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin