BURADA REKLAMINIZ OLA
BİLƏR

Müdafiə Nazirliyi Kəlbəcərlə bağlı məlumat yaydı - VİDEO

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, azad olunmuş ərazilərdə döyüş növbətçiliyi aparan bölmələrin hərtərəfli təminatı və sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı kompleks tədbirlər həyata keçirilib.

 

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

 

Şəxsi heyətin sərt iqlim şəraitində, çətin relyefli ərazilərdə nümunəvi xidmət etməsi, döyüş qabiliyyətinin və döyüşə hazırolma vəziyyətinin yüksək səviyyədə saxlanılması məqsədilə bütün zəruri tədbirlər görülür.

 

Hərbi qulluqçularımız təzə və yüksək kalorili qida, eləcə də digər təminat növləri ilə tam təmin edilib.

 

Azad olunmuş ərazilərdə dislokasiya olan bölmələrin hərtərəfli təminatı və qoşun xidmətinin təşkili, eləcə də şəxsi heyətin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması ilə bağlı həyata keçirilən kompleks tədbirlər davam etdirilir.

 

Tarix: 18 Aprel 2022, 17:56   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin