BURADA REKLAMINIZ OLA
BİLƏR

ADY daha bir şirkəti məhkəməyə verdi

"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) törəmə müəssisəsi - "ADY Konteyner" MMC “Exbir Logistics” MMC-ni məhkəməyə verib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, bu barədə törəmə müəssisə Bakı Kommersiya Məhkəməsinə müraciət edib.

 

Belə ki, "ADY Konteyner" müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr barədə tələb irəli sürüb.

 

İş hakim Fərrux Qasımovun icraatına verilib.

 

Məhkəmənin hazırlıq iclasın vaxtı hələlik açıqlanmayıb.

 

Kamal Məmmədov

Tarix: 19 Aprel 2022, 07:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin