BURADA REKLAMINIZ OLA
BİLƏR

"Basstone Restaurant" qanunvericiliyin tələblərini pozdu

"Basstone Restaurant" MMC ekoloji təhlükəsizlik haqqında qanunvericiliyi pozub.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, MMC barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 275.2-ci (Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənməsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi normalarının pozulmasına görə) maddəsi ilə inzibati protokol tərtib edilib. 

 

Daha sonra protokol baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib.

 

İş hakim Azər Tağıyevin icraatına verilib.

 

Məhkəmə iclası aprelin 28-nə təyin edilib.

 

Kamal Məmmədov

Tarix: 19 Aprel 2022, 07:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin