BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda keçmiş polis zabitinə hökm oxundu - ÖZƏL

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən Elşən Məmmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə o, 7 il müddətinə azadlıqdan mərhum edilib.

 

İttiham aktında göstərilib ki, təqsirləndirilən E.Məmmədov etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə bir neçə şəxsə özünü Daxili İşlər Nazirliyinin (DİN) və Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşı kimi təqdim edib.

 

Belə ki, o, bəzi şəxslərə onları DİN-in “102 Xidməti Zəng-Mərkəzi”nə operator, həmin nazirliyin Baş Mühafizə İdarəsinin Qax rayonunda mülki mühafizə xidmətinə mühafizəçi, FHN-in Yanğından Mühafizə Xidmətinin Ağstafa rayon şöbəsinə yanğınsöndürən vəzifələrinə təyin etdirəcəyi vədini verib, həmin şəxslərdən xeyli miqdarda pulu dələduzluq yolu ilə ələ keçirib. Daha sonra E.Məmmədov verdiyi vədə əməl etməyib və onları rüşvət verməyə təhrik edib.

 

Zərərçəkmişlərin şikayəti əsasında saxlanılan E.Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib.

 

Məhkəmədə dindirilən təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilib.

 

O ifadəsində deyib ki, 2009-2017-ci il tarixlərdə DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin Dəmiryol Nəqliyyatında Polis İdarəsində manqa komandiri vəzifəsində çalışıb və polis baş serjantı xüsusi rütbəsini daşıyıb. 2017-2020-ci il tarixlərdə həmin İdarənin Cinayət Axtarış Şöbəsində baş əməliyyat müvəkkili vəzifəsində işləyib və polis baş leytenantı xüsusi rütbəsini daşıyıb.

 

2020-ci ilin noyabr ayının 7-də isə xidmətdən xaric olunub.

 

Kamal Məmmədov

Tarix: 18 Aprel 2022, 20:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin