BURADA REKLAMINIZ OLA
BİLƏR

“Muğanbank” nazirliyin 2 şirkətini məhkəməyə verdi

“Muğanbank” ASC Müdafiə Sənayesi Nazirliyinin “İqlim” Elmi İstehsalat müəssisəsi və nazirliyin tabeliyində olan “Avia-Aqreqat Zavodu” MMC-ni məhkəmə verib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, bu barədə bank Bakı Kommersiya Məhkəməsinə müraciət edib.

 

Belə ki, “Muğanbank” kredit müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürüb.

 

İş hakim Zeynəb Axundovanın icraatına verilib.

 

Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

 

Kamal Məmmədov

Tarix: 18 Aprel 2022, 22:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin