BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda iftar məclisində 10 nəfər zəhərləndi

Göyçay rayonunda kütləvi zəhərlənmə hadisəsi olub.

 

Ötən gecə Göyçay şəhərindəki "Zeynəb" restoranında təşkil olunan iftar süfrəsində iştirak edən rayon sakinlərindən 10 nəfəri məclisdən sonra özlərini pis hiss ediblər. Pomidor turşusundan zəhərləndiyi ehtimal olunan həmin şəxslər Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onlar ilkin tibbi yardım aldıqdan sonra evə buraxılıblar.

 

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

 

APA

Tarix: 19 Aprel 2022, 10:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin