BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Sosial şəbəkədə müzakirələrə səbəb olan “Ağcabədi” mahnısının sponsoru mən deyiləm”

“Sosial şəbəkələrdə Ağcabədi rayonu ilə bağlı mahnıya sponsorluq etməmişəm. Daha doğrusu, məlumatım yoxdur. Düzü, Ağcabədiyə gedəndə yaradıcı adamlarla görüşür, onlara dəstək verir, gənc yazarlarla tanış oluram”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisdə 82 saylı Ağcabədi seçki dairəsini təmsil edən deputat Tahir Rzayev deyib.

 

Deputat qeyd edib ki, özü də gənc yaşlarından yaradıcılıqla məşğul olduğu üçün indi belə gənclərə dəstək verməkdən, onlarla tanışlıqdan məmnundur: “Bəzən gənc yazarların kitablarını oxuyur, onlara rəy yazıram. Yeri gəlsə, çap olunması üçün bəzilərinə dəstək verirəm. Ümumiyyətlə, gənclərə müəyyən dəstək verməyi, məsləhətləşmələr aparmağı borc hesab edirəm”.

 

Nəzrin Cavid

Tarix: 19 Aprel 2022, 11:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin