BURADA REKLAMINIZ OLA
BİLƏR

“Putin çalışır ki, Azərbaycan və Ermənistan arasında razılıqların əldə olunmasında şəxsən vasitəçi olsun” - RƏY

“Ermənistanın Baş naziri Nikol Paşinyanın Moskvaya səfəri uzun müddətdir ki gözlənilirdi. Onun Brüssel səfərləri fonunda Moskva ilə görüşdən qaçması, Rusiya Prezidenti Vladimir Putinlə görüşməməsi müəyyən suallar doğururdu. Əslində, iki dövlət başçısı arasında telefon danışıqları mütəmadi olaraq baş tuturdu. Müzakirə mövzuları isə, əsasən, Ukrayna hadisələri fonunda Ermənistanın xarici siyasəti, Qərb və Rusiya arasında manevr imkanları, eyni zamanda, Azərbaycan-Ermənistan sərhədində baş verənlərlə bağlı idi. Rəsmi Moskva müəyyən məsələlərdə Ermənistana təzyiq göstərir”.

 

Bunu Pravda.az-a açıqlamasında politoloq Zaur Əliyev deyib.

Politoloq: Prezident İlham Əliyevin xarici siyasət fəlsəfəsi bərabər,  ədalətli, qarşılıqlı şəkildə yanaşmanı nəzərdə tutur

Politoloqun sözlərinə görə, sonuncu Brüssel görüşü kifayət qədər pozitiv keçib, tərəflər Moskva və Soçi görüşlərinin davamı olaraq əldə edilmiş razılıqların icrası istəklərini qeyd ediblər: “Görüş nəticəsində, Ermənistan tərəfi bir sıra öhdəliklər götürüb. Yəni, Rusiya istəməz ki, Avropa İttifaqı Cənubi Qafqazdakı proseslərdə mərkəz rolunu oynasın. Ona görə də Vladimir Putin çalışır ki, gələcək aylarda Azərbaycan və Ermənistan arasında mühüm razılıqların əldə olunması istiqamətində addımların atılmasında şəxsən vasitəçi olsun. Təbii ki, bu, Kremllə bağlı yalnız bir ehtimaldır. Digər ehtimala əsasən isə, Rusiyanın niyyəti sülh prosesinə mane olmaq və status-kvonu mövcud vəziyyətdə saxlamaqdır. Təəssüf ki, bu iki ehtimal bir-biri ilə ziddiyyət təşkil edir. İstənilən halda, Moskva səfəri Azərbaycan Ordusunun son uğurları və Ermənistan müxalifətinin Paşinyan əleyhinə etiraz aksiyalarına start verməsi fonunda baş verirsə, deməli, Nikol Paşinyan ciddi seçimlər qarşısında qalıb”.

 

Nəzrin Cavid

Tarix: 19 Aprel 2022, 11:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin