BURADA REKLAMINIZ OLA
BİLƏR

Partiya sədri: “”Park Bulvar”da blogerlə görüş zamanı maska taxılmamasına görə cavabdeh şəxslər cəzalandırılmalıdır”

“Bazar günü “Park Bulavr” ticarət mərkəzində baş verən hadisə cəmiyyətdə kifayət qədər müzkirəyə səbəb oldu. Yeraltı keçidlərdə, yaxud ictimai nəqliyyatda maska taxmağı qəfil unutduğu üçün insanların cərimələndiyi bir dönəmdə yüzlərlə insanın qapalı məkanda, heç bir epidemioloji şərtlərə əməl olunmadan hansısa blogerlə bu şəkildə təşkil olunan görüşü, əlbəttə, insanlarda narazılıq yaratdı. Məsələ ciddi araşdırılmalı və cavabdeh olan şəxslər cəzalandırılmalıdır”.

 

Bunu Pravda.az-a bazar günü “Park Bulvar”da yaşanan izdihamla bağlı məsələyə şərh bildirərkən Ağ Partiyanın sədri Tural Abbaslı bildirb.

 

T.Abbaslı qeyd edib ki, cəmiyyət də bunu tələb edir: “Belə bir halın yaşanması insanların qəzəbinə səbəb olub. Necə olur ki, adi günlərdə ticarət mərkəzlərinə daxil olarkən maska taxılması qaydasına ciddi şəkildə riayət edilməsini tələb edirlər, eyni zamanda, məkana giriş yalnız vaksin olunmuş şəxslər üçün əlçatandır. İnanmıram ki, yaşanan o izdihamda orada iştirak edən hər bir şəxsin maskasının yerində olub-olmaması yaxud da onda peyvəndləmənin bütün dozalarının olması yoxlanılsın. Bu mümkün deyil, çünki orada hardasa üç min civarında insan vardı. Fiziki olaraq bu hal mümükün deyil. Təsəvvür edək ki, hər insanın yoxlanışı üçün ən azı beş saniyə ayrılır-bu vaxt ərzində də əslində bir insanın yoxlanışını aparmaq mümkün deyil-bunun üçün neçə saat vaxt sərf olunardı, aydın görünür. Burda ticarət mərkəzinin rəhbərliyinin səhlənkarlığı var. Onlar yüksək məbləğdə cərimələnməlidir, daha sonra orda təhlükəsizlik məsələlərinə cavabdeh orqanlar var, bununla da bağlı müzakirə aparılmalıdır ki onlar hara baxırdı”.

 

Partiya sədri, həmçinin qeyd edib ki, pandemiya hələ tam başa çatmayıb, insanların toy və yas kimi kütləvi mərasimlərdə karantin qaydalarına riayət etməyə məcbur olduğu bir dönəmdə, Azərbaycan cəmiyyəti üçün heç bir faydası olmayan blogerlə görüşün belə ajiotajlı və təhlükəli formada keçirilməsi ayıb bir haldır: “Dövlət bu məsləyə ciddi yanaşmalıdır və aidiyyatı addımları atmaldır. Lakin görünüən odur ki, onların belə bir niyyəti yoxdur və hər kəs məsələ ilə bağlı məsuliyyəti öz boynundan atmağa çalışır. Daxili İşlər Nazirliyindən bildirilir ki, maskaların taxılmasını yoxlayaraq onları içəri buraxmışıq və içəridə yaşanan hadisəyə görə artıq məsuliyyəti biz daşımırıq. Eyni zamanda orda insanlara kəmərlə zərbələr endirən bir şəxsi də gördük və ona çox gülünc bir cəza - sadəcə, inzibati həbs verildi. Bu məsələ, ümumiyyətlə, hər mənada utancverici bir hadisə idi. Çalışmaq lazımdır ki, bir də belə hallar təkrar olunmasın və aidiyyatı qurumlar özlərinə lazım olan dərsləri çıxara bilsinlər”.

 

Leyla

Tarix: 19 Aprel 2022, 12:49   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin