BURADA REKLAMINIZ OLA
BİLƏR

“Rusiya hazırki vəziyyətdə Cənubi Qafqaz regionunda sülhün tam bərqərar olmasında istəkli görünmür” - RƏY

“Aprelin 6-da baş tutmuş Brüssel görüşündə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına dair mühüm razılıqlar əldə edildi və ayın sonuna qədər müştərək komissiyaların yaradılması üçün tapşırıqlar verildi. Bundan sonra isə Ermənistanın daxilində müxalifətin radikallaşması, guya Qarabağın Azərbaycana hədiyyə edilməsinə etirazların artmasını müşahidə etdik. Nəzərə almaq lazımdır ki, Azərbaycan və Ermənistan münasibətlərinin normallaşması, ümumiyyətlə, Qarabağda dayanıqlı sülhün bərqərar olması bəzi xarici dairələrin marağında deyil. Müəyyən xarici dairələr Azərbaycan və Ermənistan münasibətlərinin normallaşmasının tərəfdarı qismində çıxış etmirlər”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiyaya səfərindən gözləntilər barədə şərh edərkən deyib.

Deputat bildirib ki, regionda geosiyasi maraqlarını qoruyub saxlamaq istəyən və daim Cənubi Qafqaz regionunu öz təsir dairəsində görmək niyyətində olan qüvvələr vəziyyətdən yararlanmağa cəhd edirlər: “Ona görə də Paşinyanın Moskva səfərindən müsbət nəticə gözləmirəm. Reallıqdır ki, Ermənistanın Baş naziri və onun ətrafında olan siyasətçilər Azərbaycanla sülh müqaviləsinin imzalanmasının zəruriliyi barədə çıxışlar edib, ölkəmizə kifayət qədər müsbət siqnallar ötürüblər. Onlar qəti şəkildə bildiriblər ki, indiki halda ciddi qərarlar qəbul edilməsə, gələcəkdə Ermənistan dövləti müxtəlif təhlükələrlə üz-üzə qala bilər. Hesab edirəm ki, bu yanaşma praqmatik və düzgündür. Lakin belə yanaşmanın müəyyən qüvvələrin narazılığına səbəb olması da qaçılmazdır. Heç kimə sirr deyil ki, regionda gərginliyin daim qalmasında maraqlı olan xeyli qüvvələr var. Odur ki, Rusiya hazırki vəziyyətdə regionda sülhün tam bərqərar olmasında istəkli görünmür. Yaxşı olardı ki, rəsmi Moskva imzaladığı üçtərəfli razılaşmalara sədaqətini nümayiş etdirsin və sənədlərin icrasını təmin etsin. İstənilən halda, erməni terrorçu qruplaşmaları Qarabağdan çıxarılmalı, sərhədlərin delimitasiya və demarkasiyası prosesinə başlanılmalı, ərazi bütövlüyü qarşılıqlı şəkildə təmin olunmalı və indi, eləcə də gələcəkdə ərazi iddialarına son qoyulmalıdır”.

 

Nəzrin Cavid

Tarix: 19 Aprel 2022, 13:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin