BURADA REKLAMINIZ OLA
BİLƏR

Ramiz Zeynalovun xidmət müddəti başa çatır - Təqaüdə göndərilir? - AÇIQLAMA

"Vətəndaşlar 65 yaşdan sonra təqaüdə göndərilirlər, lakin işçinin xidmət müddəti qurumun özünün və ya tabe olduğu strukturun rəhbəri tərəfindən hər il bir dəfə olmaqla 5 il müddətinə uzadıla bilər. Həmçinin, xüsusi xidmətləri olmuş 70 yaşını tamamlamış şəxslərin xidməti müddətinin də müvafiq dövlət orqanı tərəfindən uzadılması mümkündür. Yəni, qanunvericiliyə əsasən, ötən ilin mayında xidməti müddəti bir il uzadılan Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalov vəzifəsindən azad edilməyə bilər".

 

Bunu Pravda.az-a açıqlamasında hüquqşünas Emil Aslanov deyib.

 

Barassociation.az - Axtarışın nəticəsi

 

E.Aslanov bildirib ki, xüsusi xidmətləri olmuş şəxslərin 70 yaşdan sonra da işləmələri üçün yaş məhdudiyyəti tətbiq edilməyib: "Sadəcə olaraq, çalışma müddəti uzadılmış işçilərin sayı həmin sahə üzrə dövlət büdcəsindən maliyyələşən müəssisə işçilərinin ümumi sayının 15 faizindən çox ola bilməz. Bütün bunlar Əmək Məcəlləsi ilə tənzimlənir".

 

Qeyd: 2021-ci ilin mayında Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun daxili işlər orqanlarında xidmət müddətini bir il artırıb. 2022-ci ilin fevralın 19-da Ramiz Zeynalovun 71 yaşı tamam olub.

 

Nəzrin Cavid

Tarix: 19 Aprel 2022, 14:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin