BURADA REKLAMINIZ OLA
BİLƏR

"ABŞ Cənubi Qafqazda dinc, demokratik və firavan gələcəyin təşviqi məsələsinə sadiqdir"

ABŞ Cənubi Qafqazda dinc, demokratik və firavan gələcəyin təşviqi məsələsinə sadiqdir.

 

Pravda.az xəbər verir ki, bunu ABŞ dövlət departamentinin sözçüsü Ned Prays brifinqdə deyib.

 

“Bir neçə həftə əvvəl ABŞ dövlət katibi Entoni Blinkenin Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyevlə danışmaq imkanı olub. Biz Ermənistan və Azərbaycanı diplomatik əlaqələrini intensivləşdirməyə və Qarabağ məsələsi ilə bağlı bütün həll edilməmiş problemlərin hərtərəfli həlli yollarını tapmaq üçün mövcud mexanizmlərdən istifadə etməyə çağırırıq. Həmçinin tərəfləri ikitərəfli sülh sazişin imzalanması yolu ilə münasibətləri normallaşdırmaq üçün səylərini davam etdirməyə dəvət edirik” - Prays bildirib.

 

ABŞ-ın bu məsələnin həllindəki roluna gəlincə o qeyd edib ki, ABŞ bu səylərdə, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədri kimi Ermənistan və Azərbaycana kömək etməyə hər zaman hazırdır.

 

Leyla

Tarix: 19 Aprel 2022, 16:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin