BURADA REKLAMINIZ OLA
BİLƏR

"Türkiyə Rusiya və ya Ukrayna arasında seçim etməyə məcbur edilə bilməz"

Türkiyə Rusiya və ya Ukrayna arasında seçim etməyə məcbur edilə bilməz.


Pravda.az “Anadolu Ajansı”na istinadən xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun bildirib.


"Türkiyə Qara dəniz regionunda mühüm sabitləşdirici amil olaraq qalmaqdadır.İstanbul platforması münaqişə tərəflərinin Ukraynada atəşkəs və sülhə dair razılığa gəlməsi üçün əhəmiyyətlidir" - Altun qeyd edib.


O əlavə edib ki, Ukraynadakı müharibə bütün dünyaya, eləcə də Türkiyəyə təsir edir.


Altun xatırladıb ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müharibənin ilk günündən regionda gərginliyi azaltmaq üçün diplomatik səylər göstərir: " Türkiyə lideri dəfələrlə həm Rusiya prezidenti Vladimir Putin, həm də Ukrayna prezidenti Volodimir Zelenski ilə əlaqə saxlayıb".


O, Antalyada Diplomatik Forum çərçivəsində Türkiyənin təşkil etdiyi Rusiya və Ukrayna xarici işlər nazirlərinin görüşünü və ondan dərhal sonra İstanbulda münaqişə tərəflərinin nümayəndə heyətləri arasında aparılan danışıqları da xatırladıb.

Leyla

Tarix: 19 Aprel 2022, 18:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin