BURADA REKLAMINIZ OLA
BİLƏR

Pele yenə xəstəxanaya yerləşdirildi

Braziliyalı əfsanəvi futbolçu Pele yenidən xəstəxanaya yerləşdirilib.

Pravda.az xəbər verir ki, 82 yaşlı veteran hücumçu əvvəllər kimyaterapiya kursu keçdiyi San-Paulodakı “Albert Eynşteyn” klinikasına yerləşdirilib.

Həkimlərin nəzarəti altında olan üçqat dünya çempionunun həyatı üçün təhlükə olmadığı bildirilib.

Xatrıladaq ki, Pele ötən ilin sentyabrında yoğun bağırsağındakı şişlə əlaqədar əməliyyat edilib. Həmin əməliyyatdan sonra Pele tez-tez xəstəxanaya yerləşdirilir.

Tarix: 20 Aprel 2022, 01:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin