BURADA REKLAMINIZ OLA
BİLƏR

Yeni il günü qətl törədən şəxs məhkəmə qarşısında

Bakıda qətl törətməkdə təqsirləndirilən Asim Nəcəfovun cinayət işi üzrə ibtidai istintaqı yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

İş hakim Faiq Qəniyevin icraatına verilib.

 

Məhkəmə iclasının vaxtı hələlik açıqlanmayıb.

 

Qeyd: Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə 2021-ci ild dekabrın 31-də saat 16 radələrində 32 yaşlı Şahmar Balayevin bədən nahiyəsində bıçaq xəsarətləri olan meyitinin yaşadığı evin zirzəmisində tapılması barədə məlumat daxil olub. İstintaq-əməliyyat tədbirləri ilə əməlin münaqişə zəminində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Nəcəfov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Nəcəfov tutularaq istintaqa təhvil verilib. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

 

Kamal Məmmədov

Tarix: 20 Aprel 2022, 08:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin