BURADA REKLAMINIZ OLA
BİLƏR

"Azərbaycan Dəmir Yolları" QSC-nin poliklinikasına cərimə protokolu yazıldı

"Azərbaycan Dəmir Yolları" QSC Həkim-Sanitar Xidmətinin 2 saylı Bakı Dəmir Yolu Poliklinikası MMC-yə cərimə protokolu yazılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, MMC barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 347-ci (Nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi) maddəsi ilə inzibati protokol tərtib edilib. 

 

Daha sonra protokol baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.

 

İş hakim Mahirə Kərimovanın icraatına verilib.

 

Məhkəmə iclasının vaxtı hələlik açıqlanmayıb.

 

Kamal Məmmədov

Tarix: 20 Aprel 2022, 09:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin