BURADA REKLAMINIZ OLA
BİLƏR

“Rusiya da sülh sazişinin imzalanması məsələsində Azərbaycanla eyni fikirdədir, bu, prosesi sürətləndirə bilər” - RƏY

“Ötən gün Ermənistanın Baş naziri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında baş tutan görüşdə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı üçtərəfli bəyanatlardan irəli gələn, lakin hələ də həll olunmayan məsələlər müzakirə edilib. Təəssüf ki, münaqişədən keçən müddət ərzində Ermənistan bəyanatların icrası üçün real addımlar atılmayıb. Aprelin 6-da baş tutmuş Brüssel görüşündə isə Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması istiqamətində real addımların atılmasına start verilib. Paşinyanın Moskvaya səfəri və səfər çərçivəsində Vladimir Putinlə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması istiqamətində 2020-ci ilin noyabrın 10-da imzalanmış bəyanata sadiqliyini nümayiş etdirməsi onu göstərir ki, Rusiya da iki dövlətin münasibətlərinin yaxşılaşmasının tərəfdarıdır”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov Ermənistanın Baş naziri Nikol Paşinyanın Moskva səfərini şərh edərkən deyib.

Deputatın sözlərinə görə, Paşinyanla Putininin görüşündən aydın olub ki, Rusiya sərhədlərin delimitasiya və demarkasiyası, eləcə də kommunikasiyaların açılmasına töhfə vermək istəyir: “Hansısa böyük dövlət və ya beynəlxalq təşkilat olmasından asılı olmayaraq, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına töhfə vermək niyyətində olan hər kəsi qəbul edir və razılaşırıq. Bizim üçün ən vacib məsələ sərhədlərin delimitasiya və demarkasiyası, kommunikasiyaların açılması və nəhayət, sülh sazişinin imzalanmasıdır. Sevindirici haldır ki, Rusiya da bu məsələdə bizimlə eyni fikirdədir. Bu, sülh sazişinin imzalanması prosesini sürətləndirə bilər”.

 

Nəzrin Cavid

Tarix: 20 Aprel 2022, 11:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin