BURADA REKLAMINIZ OLA
BİLƏR

Tofiq Zülfüqarov: “Paşinyanın Moskva səfərinin məqsədi istəkləri və real vəziyyət barədə Putinə hesabat vermək idi”

“Qərbin təşkilatçılığı ilə istənilən görüş təşkil edildikdən sonra Ermənistan rəhbərliyinin Moskvaya gədərək hesabat verməsi ənənə halını alıb. Yəni, ötən gün Ermənistanın Baş naziri Nikol Paşinyanın Moskvaya səfəri ənənənin pozulmamasına hesablanıb. Paşinyanın əsas niyyətlərindən biri də Rusiyadan kifayət qədər çox dəstək almaqdır”.

 

Bunu Pravda.az-a açıqlamasında Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Ermənistanın Baş naziri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putinin ötən gün baş tutmuş görüşü barədə danışarkən deyib.

 

T.Zülfüqarov qeyd edib ki, Ermənistan Rusiyadan hərbi sahədə dəstək görmək istəyir, lakin bu, inandırıcı görünmür: “Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar olaraq bu, hələki mümkün görünmür. Paşinyanın Moskva səfərinin məqsədi istəkləri və real vəziyyət barədə Putinə hesabat vermək idi. Sözsüz ki, hazırda Ermənistanı əsasən iki mövzu düşündürür. Onlar istəyirlər ki, ermənilərin yaşadığı Azərbaycan ərazilərinə Ermənistandan gediş-gəliş sərbəst olsun və təhlükəsizliyin təmin olunması prosesinə Ermənistan qoşunları da cəlb edilsin. Ermənistan təhlükəsizlik missiyasının təkcə Rusiya sülhməramlılarına deyil, həmçinin, onların "könüllü" adlandırılan qoşun hissələrinə verilməsinin tərəfdarıdırlar. Lakin əlbəttə ki, bu mövzu Azərbaycan tərəfindən tənqid edilir və qəbul edilmir”.

 

Nəzrin Cavid

Tarix: 20 Aprel 2022, 11:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin