BURADA REKLAMINIZ OLA
BİLƏR

Kirayə mənzillərə müraciət belə olacaq - VİDEO

"Elektron ipoteka və kredit zəmanət" sistemi vasitəsi ilə kirayə mənzil əldə etmək istəyən vətəndaşlar bunu bir neçə mərhələdən keçməklə həyata keçirə bilər.

 

Belə ki, elektron qaydada kirayə mənzilləri əldə etmək istəyən vətəndaşlar ilkin olaraq gücləndirilmiş elektron imza sertifikatından istifadə etməklə elektron kabinet formalaşdırlar.

 

Qeyd olunan sənədləri toplayan vətəndaşlar ona təyin olunmuş görüş günündə "2 saylı ASAN xidmət və Sumqayıt şəhərində yerləşən ASAN xidmət mərkəzlərindən birinə yaxınlaşmalıdırlar. Sənədləri təqdim edən vətəndaşlar bununla da öz ərizələrini təsdiq etmiş olur. Bundan sonra isə təqdim edilən ərizə 5 iş günü ərzində İpoteka və Kredit Zəmanət Fondu tərəfindən qiymətləndirilir. Fond tərəfindən razılıq qərarı almış vətəndaşlar 3 iş günü ərzində yaşayış sahəsini seçmək hüququ əldə edirlər.

 

Seçimlərini etdikdən sonra vətəndaşlara müqavilənin rəsmiləşdirilməsi üçün gün təyin olunur və həmin prosses də ASAN xidmət mərkəzlərində həyata keçirilir. Müqaviləni imzaladıqdan sonra vətəndaşlar qabaqcadan müəyyən olunmuş aylıq ödənişin 12 mislini ödəməklə 3 iş günü ərzində seçdiyi evləri təhvil ala bilərlər.

 

Xatırladaq ki, dünəndən etibarən kirayə mənzillərə elektron qeydiyyat yenidən başlayıb.

Tarix: 29 Fevral 2020, 20:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin