BURADA REKLAMINIZ OLA
BİLƏR

AFFA-nı kim idarə edəcək?

AFFA-nın idarəetməsi əvvəlki sistemə qayıdacaq.

 

Buna səbəb FİFA-da vəzifə alan Elxan Məmmədovun icraçı vitse-prezident vəzifəsini tərk etməsidir.

 

O, qurumdakı fəaliyyətini vitse-prezident kimi davam etdirəcək. Assosiasiyada bu vəzifəni tutanların sayı 4-ə çatacaq. Məmmədov AFFA-da Rauf Əliyev, Elşad Nəsirov və Vaqif Sadıqov kimi çalışacaq.

 

İcraçı vitse-prezident vəzifəsi ləğv ediləcəyindən AFFA-nın idarəçiliyi yenidən baş katibə veriləcək. Qurumun idarəetmə sisteminə Sərxan Hacıyev rəhbərlik edəcək. Bu, assosiasiyanın İcraiyyə Komitəsinin növbəti yığıncağında rəsmiləşməlidir.

 

Qeyd edək ki, 2007-ci ildən AFFA-nın baş katibi olan Məmmədov 2020-ci ildən icraçı vitse-prezident kimi çalışıb. O, mayın 1-dən FİFA-nın Avropa Milli Assosiasiyaları üzrə direktoru kimi fəaliyyət göstərəcək.

Tarix: 20 Aprel 2022, 17:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin