BURADA REKLAMINIZ OLA
BİLƏR

Güclü küləklə bağlı daha bir XƏBƏRDARLIQ

Əvvəlcədən xəbər verildiyi kimi, aprel ayının 20-si axşam saatlarından başlayaraq 21-i gündüzədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçəcək.

 

Pravda.az-ın xəbərinə görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

 

“Şamaxı və Göygöldə yerləşən dopleradar məlumatlarına əsasən respublikanın şimal və qərb rayonlarında yağıntıların intensiz olması nəticəsində bəzi dağ çaylarından qısa müddətli daşqın və sel keçməsi ehtimal edilir.

 

Yaxın saatlarda şimal küləyinin sürəti saniyədə 25-30, gecə saatlarında isə 33 metrədək güclənəcək. Respublikanın bəzi rayonlarında isə güclü külək müşahidə olunacaq”, - U.Tağıyeva qeyd edib.

 

 

 

Tarix: 20 Aprel 2022, 19:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin