“Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarov və onun rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti Azərbaycanda rəsmi səfərdə olub. Hesab edirəm ki, ictimaiyyət bu qardaş və dost ölkədən gələn Ali qonağın səfər proqramını izləyib. Qeyd etmək istərdim ki, səfər öz siyasi əhəmiyyətinə görə bu günədək Azərbaycan-Qırğızıstan arasında olan bütün səfərlər arasında ən yüksək səviyyəlisi hesab edilə bilər. Mətbuatdan da göründüyü kimi, dostluğumuzun və qardaşlığlmızın ifadəsi olan səfər çərçivəsində bir sıra çox mühüm sənədlər, eləcə də yüksək strateji tərəfdaşlıq sənədi, həmçinin bir sıra digər önəmli sənədlər də imzalanıb”.
Bunu Pravda.az-a açıqlamasında Azərbaycan-Qırğızıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvü Məlahət İbrahim qızı deyib.

Deputat qeyd edib ki, Azərbaycanla Qırğızıstan arasında imzalanmış Strateji tərəfdaşlıq Bəyannaməsi Türk Dövlətləri Təşkilatı üçün töhfədir: “Səfər çərçivəsində imzalanmış sənədlər ölkələrimizin gələcək əlaqələrinin liderlərimizin siyasi iradəsi ilə daha da intensivləşdirilməsi istiqamətində tam hüquqi zəmin yaratdı. Daha dəqiq desək, imzalanmış yüksək strateji tərəfdaşlıq sənədi ölkələrimizin münasibətlərini keyfiyyətcə yeni səviyyəyə çatdırdı. Sözsüz ki, həm Strateji Tərəfdaşlıq haqqında Bəyannamə və Dövlətlərarası Şuranın yaradılması haqqında Memorandum böyük siyasi əhəmiyyəti əks etdirir. Həm Strateji tərəfdaşlıq, həm də Dövlətlərarası Şura çərçivəsində bu iki ölkənin ikitərəfli fəaliyyətinin, eləcə də regional və beynəlxalq məsələlərin daha səmərəli və çevik şəkildə kordinə olunmasının hüquqi bazasıdır. Qeyd etmək lazımdır ki, Qırğızıstan və Azərbaycan bütün beynəlxalq təşkilatlarda, daha doğrusu çoxtərəfli əməkdaşlıqda da hər zaman bir-birini dəstəkləyir. Belə ki, ötən dövr ərzində bu iki dost və qardaş dövlət və onların təmsilçiləri BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ECO , Şanxay təşkilatı çərçivəsində həmişə bir-birini dəstəkləyir. Azərbaycanın Qoşulmama Hərəkatındakı sədrlik müddətinin uzadılmasında da Qırğızıstan bir mənalı olaraq açıq dəstək vermişdi. Dünən iki dövlət başçısının keçirdiyi mətbuat konfransında möhtərəm Prezidentimiz bu hadisəni minnətdarlıqla qeyd etdi. Xüsusi vurğulamaq istərdim ki, iki ölkə arasındakı siyasi, iqtisadi, mədəni əlaqələrin, eləcə də bu sahələr üzrə əməkdaşlığın vacibliyi, güclənməsi və daha da genişləndirilməsi və perspektivləri möhtərəm Prezidentimiz tərəfindən mətbuat konfransındakı çıxışında yer aldı. İki ölkənin gələcək yol xəritəsinin istiqamətləri olan bu çıxışda Azərbaycanın nəqliyyat infrastruktur sahəsində əldə etdiyi nailiyyətlərə, uğurlara toxunuldu və onun beynəlxalq əhəmiyyəti haqqında önəmli fikirlər də səsləndirildi. Sözsüz ki, unikal layihə olan Şərq-Qərb nəqliyyat dəhlizi haqqında danışarkan Zəngəzur dəhlizinin də nə qədər böyük əhəmiyyətə malik olması istisna deyil. Qürurla deməliyik ki, möhtərəm Prezidentimizin uzaqgörən siyasətinin nəticəsində ölkəmizdə yüklərin bütün istiqamətlərə həm Şimala, həm Cənuba, həm də Qərbə göndərilməsinə imkan verən müasir nəqliyyat infrastrukturu yaradılıb. Yol-nəqliyyat infrastruktur layihələri həm də insanları mənzil başına çatdıran, könülləri birləşdirən, dostları qovuşduran vasitədir. Sözsüz ki, Azərbaycanla Qırğızıstan arasında imzalanmış bu sənədlər qardaş və dost ölkə kimi Qırğızıstanın da bu imkanlardan istifadə etməsinə geniş imkan yaradır. Bir mənalı olaraq vurğulamalıyam ki, ölkələrimizin bütün sahələr üzrə sürətlə və sıx əməkdaşlığı həm də bütövlükdə Türk Dövlətlər Təşkilatının daha da güclənməsinə, xalqlarımız arasında inteqrasiya prosesinə də töhfəsini verəcək. Ortaq tariximiz, mədəni irsimiz, dilimiz, dinimiz, adət və ənənələrimiz, eyni kökə və eyni etnosa mənsub olmağımız bu əlaqələri daha möhkəm edəcək. Məhz Azərbaycanın qədim Şuşa şəhərinin gələn il Türk dünyasının mədəniyyət paytaxtı elan olunması təşəbbüsünün qardaş Qırğızıstan tərəfindən dəstəklənməsi də bu zərurətdən qaynaqlanır. Bir daha qeyd etmək istəyirəm ki, imzalanmış bütün sənədlər, xüsusən də Strateji Tərəfdaşlıq haqqında Bəyannamə Azərbaycanla Qırğızıstan arasındakı qardaşlıq və dostluq əlaqələrini daha da möhkəmləndirəcək".
Nəzrin Cavid
24 Oktyabr 00:36
24 Oktyabr 00:33
24 Oktyabr 00:32
24 Oktyabr 00:29
23 Oktyabr 22:21
23 Oktyabr 22:06
23 Oktyabr 21:04
23 Oktyabr 21:00
23 Oktyabr 20:48
23 Oktyabr 18:49
23 Oktyabr 18:49
23 Oktyabr 18:45
23 Oktyabr 18:41
23 Oktyabr 18:35
23 Oktyabr 18:31
23 Oktyabr 18:27
23 Oktyabr 18:23
23 Oktyabr 18:18
23 Oktyabr 18:12
23 Oktyabr 18:05
23 Oktyabr 17:59
23 Oktyabr 17:55
23 Oktyabr 17:48
23 Oktyabr 17:42
23 Oktyabr 17:39
23 Oktyabr 17:37
23 Oktyabr 17:33
23 Oktyabr 17:24
23 Oktyabr 17:19
23 Oktyabr 17:17
23 Oktyabr 17:12
23 Oktyabr 17:05
23 Oktyabr 16:57
23 Oktyabr 16:51
23 Oktyabr 16:39
23 Oktyabr 16:35
23 Oktyabr 16:31
23 Oktyabr 16:29
23 Oktyabr 16:21
23 Oktyabr 16:17
23 Oktyabr 16:12
23 Oktyabr 16:07
23 Oktyabr 16:07
23 Oktyabr 15:59
23 Oktyabr 15:58
23 Oktyabr 15:54
23 Oktyabr 15:39
23 Oktyabr 15:37
23 Oktyabr 15:25
23 Oktyabr 15:18
23 Oktyabr 15:15
23 Oktyabr 15:10
23 Oktyabr 15:05
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
Ən son xəbərləri səhifəmizdən də izləyin