BURADA REKLAMINIZ OLA
BİLƏR

Araz Əlizadə: “Heykəli ucaldılmış şəxs vaxtilə Azərbaycanın müstəqilliyinin əleyhinə olubsa belə, abidəyə toxunmaq olmaz”

“Abidələri dağıtmaq vəhşilikdir. Belə nümunələrlə müharibə aparanın aqibəti çox pis olur. Ona görə də abidələri və heykəlləri dağıtmaq lazım deyil”.

 

Bunu Pravda.az-a açıqlamasında Azərbaycan Sosial Demokratik Partiyasının sədri Araz Əlizadə bəzi Avropa ölkələrində Sovet dövrünə məxsus abidə və heykəllərin götürülməsi barədə məsələni şərh edərkən deyib.

 

A.Əlizadə bildirib ki, abidə və heykəllər hər zaman elə qoyulduğu yerdə də qalmalıdır: “Hətta heykəli ucaldılmış şəxs vaxtilə Azərbaycanın müstəqilliyinin əleyhinə olubsa, belə, abidəyə toxunmaq olmaz. Qoy, formalaşan gənclik bilsin ki, həmin şəxs vaxtilə Azərbaycana pislik edib. Bu mənada, təbliğat baxımından əhəmiyyətlidir”.

 

Nəzrin Cavid

Tarix: 21 Aprel 2022, 12:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin