BURADA REKLAMINIZ OLA
BİLƏR

“BP”nin Azərbaycandakı nümayəndəliyi cərimələndi

“BP Eksploreyşn (Şah Dəniz) Limited” Şirkətinin Azərbaycandakı nümayəndəliyinə cərimə protokolu yazılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, şirkət barəsində Dövlət Gömrük Komitəsi qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 496.1-ci (Malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə) maddəsi ilə inzibati protokol tərtib edilib.  

 

Daha sonra protokol baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.

 

İş hakim Elməddin Hüseynovun icraatına verilib.

 

Məhkəmə iclasının vaxtı hələlik açıqlanmayıb.

 

Kamal Məmmədov

Tarix: 22 Aprel 2022, 07:37   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin