BURADA REKLAMINIZ OLA
BİLƏR

“Şuşada Dünya Azərbaycanlıların V Qurultayının keçirilməsi hər birimizi qürurlandırır” - RƏY

“Prezident İlham Əliyevin Şuşaya növbəti səfəri əlamətdar gündə baş tutur. Bu gün Şuşada Dünya Azərbaycanlıların V Qurultayı işə başlayıb. Prezident qurultayda geniş nitqlə çıxış edib. Hələ 2001-ci ildə Dünya Azərbaycanlıların I Qurultayında Ulu öndər Heydər Əliyev dünyada yaşayan soydaşlarımızı həmrəyliyə dəvət edib və diaspor fəaliyyətinin vacibliyini vurğulayıb. Məhz bunun nəticəsidir ki, bu gün dünya azərbaycanlılarının birliyi göz qabağındadır”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Deputat qeyd edib ki, Dünya azərbaycanlıların əvvəlki qurultaylarında olduğu kimi, V Qurultayda da Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, həmrəyliyin möhkəmləndirilməsi əsas hədəfdir: "Şükürlər olsun ki, bu gün Azərbaycan torpaqları işğaldan azaddır və qalib Azərbaycan işğaldan azad etdiyi mədəniyyət paytaxtında, baş tacımız Şuşada qurultay təşkil edib. Bu, hər bir azərbaycanlını qürurlandırır. Hesab edirəm ki, Dünya Azərbaycanlıların V Qurultayında Prezident İlham Əliyevin dünya azərbaycanlıları qarşısında qoyacağı yeni vəzifələr açıqlanacaq. Sözsüz ki, həmin vəzifələrə Azərbaycan Ordusunun və xalqının yaratdığı yeni reallıqlara uyğun olacaq”.

 

Nəzrin Cavid

Tarix: 22 Aprel 2022, 10:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin