BURADA REKLAMINIZ OLA
BİLƏR

“Prezidentin çıxışı deməyə əsas verir ki, 50 milyonluq azərbaycanlının ürəyi Şuşada döyünür” - RƏY

“Prezident İlham Əliyev Azərbaycanın baş tacı Şuşaya növbəti səfəri də digərləri kimi möhtəşəm və əzəmətlidir. Bu gün Şuşada Dünya Azərbaycanlıların V Qurultayı işə başlayıb. Biz, doğrudan da, elə anların içərisindəyik ki, onlar tarixə çevriləcək və hər zaman yaddaşlarda qalacaq. Xüsusilə 2020-ci ildən etibarən Azərbaycan çox böyük uğurlara, möhtəşəm zəfərə imza atıb. Bu gün Zəfər qurultayının məhz Şuşada keçirilməsi, cənab Prezidentin çıxışı onu deməyə əsas verir ki, 50 milyonluq azərbaycanlının ürəyi Şuşada döyünür. Qurultayda Azərbaycanın haqq səsi dünya bir daha çatdırılır, ədalətli mövqeyimizin, azərbaycanlı kimliyinin düzgün təqdimatının yol xəritəsi çəkilir”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Deputat qeyd edib ki, Dünya Azərbaycanlılarının V Qurultayında həmrəyliyə nail olmaq üçün hədəflər müəyyənləşdirilib: “Qurultay iki gün davam edəcək, orada bir sıra vacib məsələlər müzakirə olunacaq. Prezident də orada tamam başqa ab-hava yaşadığını bildirdi. Hər bir azərbaycanlı kimi Prezident də Şuşada belə bir qurultayın keçirilməsindən qürur duyduğunu söylədi. Həqiqətən də, orada iştirak edən və etməyən hər bir azərbaycanlı fəxr edə bilər ki, müstəqil Azərbaycan tarixinin önəmli günlərindən birini yaşayırıq. Mədəniyyət paytaxtımız olan Şuşada dünya birliyinə müəyyən mesajlar ötürüldü. Bu, Azərbaycanın düzgün təbliği üçün olduqca vacib məsələdir. Azərbaycanın lideri cənab İlham Əliyevin qurultayda iştirakı və möhtəşəm çıxışı həm dünya azərbaycanlılarına, həm də xaricdə yaşayan digər xalqlara, hətta düşmənlərimizə belə maraqlıdır. Bu, düşmənlərimizi kədərləndirən, dostlarımızı sevindirən hadisədir. Şükürlər olsun ki, bu gün Azərbaycan xalqı müstəqillik tarixinin ən şərəfli günlərindən birini yaşayır”.

 

Nəzrin Cavid

Tarix: 22 Aprel 2022, 14:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin