BURADA REKLAMINIZ OLA
BİLƏR

“Şuşada keçirilən qurultay dünya azərbaycanlılarının birləşmələri, daha da fəal olmaları üçün önəmli olacaq” - RƏY

“Bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür. Dünya azərbaycanlılarını təmsil edən əsas diaspor təşkilatlarının nümayəndələri, rəhbərləri Azərbaycanda, doğma torpaqlarında, Şuşada bir araya gəliblər. Mən V Qurultayın açılışı münasibətilə bütün dünya azərbaycanlılarını təbrik edirəm. Xüsusilə vurğulamaq istəyirəm ki, Dünya Azərbaycanlılarının I Qurultayı ulu öndərin təşəbbüsü ilə 2001-ci ildə keçirilib. Sevindirici haldır ki, həmin vaxtdan bu günə qədər Azərbaycanda böyük işlər görülüb, ölkəmiz daha da güclənib, nüfuzunu artırıb, ən əsası isə ərazi bütövlüyünü təmin edib”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

Deputatın sözlərinə görə, tədbirdə 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsinin iştirakını nəzərə alaraq deyə bilərik ki, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar Qarabağda bir araya gələrək, diaspor tarixində ilkə imza atırlar: “Hazırda Şuşa daha bir möhtəşəm tədbirə ev sahibliyi edir. Bu gün dünyada yaşayan azərbaycanlılar Şuşada - öz vətənlərində bir araya gəliblər. Bu sevindirici gün Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun nailiyyəti kimi qiymətləndirilməlidir. Əminəm ki, qurultay dünya azərbaycanlılarının birləşmələri, daha da fəal olmaları üçün önəmli olacaq. Azərbaycanda son illər  ərzində diaspor təşkilatları ilə qurulan iş, əlaqələr tamamilə yeni vəziyyət yaratdı. Bu gün Azərbaycan müxtəlif ölkələrdə hansısa tədbir keçirə, dünya ictimaiyyətini Azərbaycan reallıqları ilə daha da geniş şəkildə tanış edə bilir. Dünya Azərbaycanlılarının V Qurultayı tarixə qızıl hərflərlə yazılacaq və bu görüşdə səsləndirilən fikirlər, aparılan müzakirələr dövlətimizin imkanlarını daha da genişləndirəcək”.

 

Nəzrin Cavid

Tarix: 22 Aprel 2022, 14:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin