BURADA REKLAMINIZ OLA
BİLƏR

General: "Rusiya ordusu xüsusi əməliyyatın ikinci mərhələsində Donbass üzərində nəzarəti tam bərqərar etməlidir"

Rusiya ordusu xüsusi əməliyyatın ikinci mərhələsində Donbass üzərində nəzarəti tam bərqərar etməlidir.

 

Pravda.az “TASS”a istinadən xəbər verir ki, bunu Rusiya Mərkəzi Hərbi Dairə komandanının müavini, general-mayor Rüstəm Minnekayev deyib.

 

Minnekayev bildirib ki, Ukraynadakı xüsüsi hərbi əməliyyatın ikinci mərhələsi iki gün əvvəl başlayıb və onun əsas məqsədi  Donbass və Ukraynanın cənubuna tam nəzarəti ələ keçirməkdir.

 

O qeyd edib ki, Rusiya silahlı qüvvələrinin Donbass üzərindəki nəzarəti Krıma quru dəhlizin yaranmasına imkan verəcək.

 

Leyla

Tarix: 22 Aprel 2022, 14:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin