BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputatdan İrana cavab

“Azərbaycanla İran arasında bir müddət əvvəl mövcud olan anlaşmazlıqlar artıq aradan qaldırılıb. İran rəsmi mövqeyini bildirərək Azərbaycanın mövqeyini dəstəklədiyini dəfələrlə bildirib. Yəni, Azərbaycan-İran münasibətləri birmənalı olaraq normallaşıb. Ona görə də bu gün Şuşada keçirilən Zəfər qurultayına müəyyən qüvvələr tərəfindən “anti-iran” donu geyindirilsə də, bu fikirlərin İranın rəsmi mövqeyi olduğuna inanmıram”.

 

Bunu Pravda.az-a açıqlamasında Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Ceyhun Məmmədov deyib.

 

Deputat qeyd edib ki, Dünya Azərbaycanlılarının V Qurultayı heç bir dövlət əleyhinə yönəlməyib: “Bu, sadəcə olaraq, dünya azərbaycanlılarının zəfər qurultayıdır. Prezident İlham Əliyevin Şuşaya səfəri və Zəfər qurultayında iştirakı də böyük əhəmiyyət daşıyır. Bu, həm də Azərbaycan diaspor təşkilatlarının gördüyü işlərə verilən yüksək qiymətin təzahürü və göstəricisidir. Bu gün dünya azərbaycanlılarının ürəyi Şuşa ilə döyünür. Hesab edirəm ki, Dünya Azərbaycanlıların V Qurultayı həm də bu baxımdan xüsusi önəm daşıyır. Nəzərə almaq lazımdır ki, əksər dövlətlərin dünyanın digər ölkələrində diaspor təşkilatları var. Yəni, dünya azərbaycanlılarının həmrəyliyinə nail olmaq üçün qurultay təşkil etmək Azərbaycan dövlətinin tam hüququ və haqqıdır. Ona görə də narahatlığa əsas yoxdur. Azərbaycanın Şuşada təşkil etdiyi qurultay heç bir dövlət əleyhinə olmadığı üçün hər kəs buna nornal yanaşmalıdır. Sadəcə olaraq, Azərbaycan dövləti öz həqiqətlərini dünya ictimaiyyətinə çatdırmağa və erməni vəhşiliyini ifşa etməyə çalışır. Azərbaycan diasporunun bu prosesə töhfəsi də təqdirəlayiqdir”.

 

Nəzrin Cavid

Tarix: 22 Aprel 2022, 15:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin