BURADA REKLAMINIZ OLA
BİLƏR

"NB Qrup" şirkəti cərimələndi

"NB Qrup" ASC-yə cərimə protokolu yazılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, ASC barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Valyuta tənzimi qaydalarının pozulması) maddəsi ilə inzibati protokollar tərtib edilib.

 

Daha sonra protokollar baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.

 

İddia hakim Gültəkin Əsədovanın icraatına verilib.

 

Məhkəmə iclasının vaxtı hələlik məlum deyil.

 

Qeyd: "NB Qrup" ASC inşaat materialları və yuyucu vasitələrin istehsalı ilə məşğul olur.

 

Kamal Məmmədov

Tarix: 22 Aprel 2022, 17:37   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin