BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan məhkəməsi Qızıl Aypara Cəmiyyətinin sədri ilə bağlı qərar çıxarıldı

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Qusar rayon bölməsinin sabiq sədri Urfan Balayevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Qusar Rayon Məhkəməsinin hakimi Adil Vəliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

 

Məhkəmin hökmü ilə Urfan Balayev təqsirli bilinib və o, 5000 manat miqdarında cərimə cəzasına məhkum olunub.

 

Hökmdə göstərilib ki, təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanunu qüvvəsini alanadək dəyişdirilməsin.

 

Qeyd: Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Qusar rayon bölməsinin sabiq sədri Urfan Balayev bölmənin sədr müavini Vahid Vahidovun və orada kargüzar işləmiş Şəhla Mirzəağayevanın

 

Qusar Rayon Prokurorluğuna şikayətindən sonra saxlanılıb.

 

Şikayət məktubunda bildirilib ki, Urfan Balayev işlədiyi müddətdə bölməyə ayrılan pulları vəzifə saxtakarlığı ilə ələ keçirib.

 

Rayon prokurorluğunun apardığı ilkin araşdırma nəticəsində fakt öz təsdiqini tapıb və əvvəlcə Urfan Balayev barəsində CM-nin 308.1 və 313 -cü maddələri ilə cinayət işi açılaraq ibtidai istintaq aparılıb. İbtidai istintaqdan sonra cinayət işi 179.2.3, 308.1 və 313-cü maddələrjnə tövsif edilərək istintaq davam etdirilib.

 

Qusar Rayon Prokurorluğundan verilən məlumata görə, ehtiyacı olanların pulunu mənimsəyən, beynəlxalq Qızıl Xaç, Qızıl Aypara Cəmiyyətlərinin humanitar yardımına göz dikən Urfan Balayev törətdiyi əməli səmimi etiraf edib və peşman olduğunu bildirib.

 

Rayon prokurorluğunda aparılan istintaq başa çatıb və iş baxılması üçün Qusar rayon məhkəməsinə göndərilib.

 

Kamal Məmmədov

Tarix: 22 Aprel 2022, 20:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin