BURADA REKLAMINIZ OLA
BİLƏR

Pakistan Milli Bankının Bakı filialı iki şirkəti məhkəməyə verdi

Pakistan Milli Bankının Bakı filialı iki şirkəti məhkəməyə verib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, bank “Aqua Med” və “Meri-Dian” MMC-ləri barədə Bakı Kommersiya Məhkəməsinə müraciət edib.

 

Belə ki, Pakistan Milli Bankının Bakı filialı kredit müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürüb.

 

İş hakim Zeynəb Axundovanın sədrliyi ilə araşdırılacaq.

 

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

 

Xatırlatma: Pakistan Milli Bankının Bakı filialı 1996-cı ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 9,42 milyon manatdır. Filialın rəhbəri Pakistan vətəndaşı Şeyx Əhtsəm Əhməddir.

 

Kamal Məmmədov

Tarix: 23 Aprel 2022, 08:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin