BURADA REKLAMINIZ OLA
BİLƏR

Conson: “Putinin böyük ordusu var, lakin o, çox çətin siyasi vəziyyətdədir, fəlakətli səhvə yol verib”

Böyük Britaniyanın baş naziri Boris Conson Rusiya silahlı qüvvələrinin Ukrayna ilə müharibədə qalib gələcəyi ehtimalını bildirib.

 

Pravda.az xəbər verir ki, Qərb kəşfiyyatının Rusiyanın Ukraynadakı müharibəyə dair məlumatlarına istinad edən Conson bunun real ehtimal olduğunu qeyd edib.

 

“Putinin böyük ordusu var, lakin o, çox çətin siyasi vəziyyətdədir, çünki fəlakətli səhvə yol verib. Onun indi gördüyü yeganə həll variant ukraynalıları məhv etmək üçün artilleriya ilə idarə etdiyi dəhşətli hərbi yanaşmasından istifadə etməyə davam etməkdir” - Conson qeyd edib.

 

Baş nazir həmçinin Britaniyanın Ukraynaya daha çox artilleriya göndərəcəyini bəyan edib.

 

Leyla

Tarix: 23 Aprel 2022, 12:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin