BURADA REKLAMINIZ OLA
BİLƏR

Ukrayna ordusu Xarkovda əks-hücum əməliyyatına başladı

Ukrayna ordusu Xarkov vilayətində əks-hücum əməliyyatına başlayıb.


Pravda.az xəbər verir ki, bu barədə məlumatı Xarkov hərbi administrasiyasının rəhbəri Oleq Sinequbov verib.


Əks-hücum əməliyyatı zamanı Ukrayna silahlı qüvvələri üç yaşayış məntəqəsini azad edib.


"Cəbhə xəttindən şad xəbər var. Ukrayna Silahlı Qüvvələri uğurlu əks-hücum əməliyyatı keçirərək rus silahlı qüvvələrini Derqaçev rayonunun Bezruki, Slatino və Prudyanka kəndlərindən sıxışdırıb çıxararaq bu mövqelərdə möhkəmlənə biliblər” - Sinequbov bildirib.


Leyla


Tarix: 23 Aprel 2022, 12:32   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin