BURADA REKLAMINIZ OLA
BİLƏR

“Şuşada keçirilən qurultayın əsas məqsədi Vətən Müharibəsindən sonra yaradılan yeni reallıqların dünyaya çatdırılmasıdır” - RƏY

“Prezident İlham Əliyevin Dünya Azərbaycanlıların V Qurultayındakı çıxışı Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilib. Prezidentin ötəngünkü çıxışı məzmununa və formasına görə möhtəşəm idi. Cənab İlham Əliyev qurultayda 65 ölkədən gəlmiş 400-dən çox nümayəndənin, eyni zamanda, dünyanın müxtəlif ölkələrinə yayılmış azərbaycanlıların eşitmək istədiyi mövzular, yəni Qarabağın işğaldan azad edilməsi, ATƏT-in Minsk Qrupunun iflası, keçdiyimiz tarixi yol barədə ətraflı məlumat verdi. Əminliklə deyə bilərəm ki, Ali Baş Komandan, Prezident İlham Əliyev işğalda olan torpaqları azad etməklə dünya azərbaycanlılarının arzusunu reallaşdırıb”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.

N.Məhəməliyev qeyd edib ki, əvvəlki 4 qurultayda Azərbaycan diaspor təşkilatlarının qarşısında duran əsas vəzifələr təşkilatlanmaq, ölkə həqiqətlərini dünyaya çatdırmaq, eləcə də erməni diasporunun saxta və yalan dolu məlumatlarını təkzib etmək, yaşadıqları ölkələrin ictimai-siyasi həyatında aktiv olmaqdan ibarət idi: “İndiyə qədər həmin qurultaylarda qəbul edilmiş vəzifələr Azərbaycan diaspor təşkilatları tərəfindən uğurla icra edilib. Nəticədə, biz bu gün yaxşı təşkilatlanmış diaspor təşkilatlarının fəaliyyətini izləyirik. Bu, Azərbaycan dövlətinin həyata keçirdiyi düzgün siyasətin nəticəsidir. Dünya Azərbaycanlılarının V Qurultayının əsas məqsədi isə Azərbaycanın 44 günlük Vətən Müharibəsində yaratdığı yeni geosiyasi reallıqların dünyaya çatdırılmasıdır. Prezident İlham Əliyevin diaspor təşkilatları qarşısında qoyduğu vəzifələr Azərbaycan dövləti ilə yanaşı, diaspor təşkilatlarının da inkişafına səbəb olacaq. Hər şeydən əvvəl bu, Azərbaycan dövlətinin dünyada nüfuzunun daha da artırılmasına xidmət edir. Bu baxımdan, Dünya Azərbaycanlıların V Qurultayı ciddi əhəmiyyətə malikdir”.

 

Nəzrin Cavid

Tarix: 23 Aprel 2022, 13:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin