BURADA REKLAMINIZ OLA
BİLƏR

“Diaspor təşkilatları qarşıya qoyulan vəzifələri bundan sonra da uğurla icra etməyə çalışmalıdırlar” - RƏY

“Dünya Azərbaycanlılarının V Qurultayında Prezident İlham Əliyev qeyd etdi ki, Vətən müharibəsində əldə edilən Zəfər dünya azərbaycanlılarını birləşdirir. Bununla yanaşı, Prezident Ermənistana xəbərdarlıq etdi, bu barədə önəmli açıqlamalar verdi. Bildirdi ki, əgər Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsə və Azərbaycanın ərazi bütövlüyünə hörmət etməsə, biz də adekvat cavab verərək Ermənistanın ərazi bütövlüyünü tanımayacağıq. Bunun üçün çox ciddi tarixi əsaslar var. Doğrudan da, Azərbaycan Ordusunun və xalqının qələbəsi dünya azərbaycanlılarınının daha təkmil həmrəyliyinə səbəb olan amildir”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə deyib.

Deputat qeyd edib ki, Azərbaycanın müxtəlif xarici ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarının uğurlu fəaliyyəti düzgün həyata keçirilən dövlət siyasətinin nəticəsidir: “Sözsüz ki, diaspor quruculuğunun daha da təkmilləşdirilməsinin bir sıra amilləri var. Odur ki, Prezident qurultay zamanı, həmçinin, azərbaycanlıların öz dillinə və Vətənə sadiq qalmalarının önəmini də vurğulayıb. Hər bir azərbaycanlı ana dili və mədəniyyəti ətrafında birləşərək, Azərbaycanın dövlət maraqlarının müdafiəsini təşkil edərək yaşadıqları ölkələrdə siyasi və ictimai həyatda aktivlik nümayiş etdirməli, həmin ölkələrdə siyasi fəallıqlarını artırmalıdırlar. Diaspor təşkilatları onların qarşısında qoyulan vəzifələri bundan sonra da uğurla icra etməyə çalışmalıdırlar. Onu da qeyd etmək lazımdır ki, bu zəfər qurultayının Azərbaycan mədəniyyət paytaxtında həyata keçirilməsi böyük əhəmiyyət daşıyır. Dünya birliyi bir daha şahidi oldu ki, Azərbaycanın dərin və gözəl mədəniyyəti dünya azərbaycanlılarını birləşdirən mühüm amildir”.

 

Nəzrin Cavid

Tarix: 23 Aprel 2022, 13:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin