BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda kişi evə xadimə gətirən arvadını döydü

Bakıda arvadını döyməkdə təqsirləndirilən Akif Məmmədovun (ad, soy adı şərti) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Xətai Rayon Məhkəməsinin hakimi Bəxtiyar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə o, 1000 manat manat məbləğində cərimə cəzasına məhkum edilib.

 

İttiham aktına əsasən, hadisə bu il martın 14-də Xətai rayon ərazisində qeydə alınıb.

 

Belə ki, 1990-cı il təvəllüdlü A.Məmmədov rəsmi nigahda olduğu arvadı Lətifə Məmmədovanı (ad, soy adı şərti) şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı qəsdən əlləri ilə baş nahiyəsinə vurub və qollarını isə sıxıb. O, həyat yoldaşına ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirib.

 

Məhkəmə iclasında təqsirləndirilən şəxs özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş şəxslə 6 ildir rəsmi olaraq nikah bağlayaraq ailə qurublar. Bu nikahdan bir azyaşlı övladları doğulub. Martın 14-də arvadı Lətifə yaşadıqları mənzilə təmizlikdə kömək etməsi məqsədilə xadimə qadın dəvət edib. O, mənzilə yad adam gətirməsi səbəbindən əsəbiləşib və Lətifəyə irad bildirib. Buna görə də aralarında mübahisə baş verib.

 

A.Məmmədovun sözlərinə görə, mübahisə zamanı əsəbi olduğu üçün əli ilə arvadının üz və baş nahiyəsindən vurub: “Daha sonra əməlimdən peşman oldum. Bir daha belə hallara yol verməyəcəm. Qeyd edim ki, əvvəllər məhkum olunmamışam. Məhkəmədən barəmdə yüngül cəza verilməsini xahiş edirəm”.

 

Daha sonra məhkəmə prosesində L.Məmmədova zərərçəkmiş qismində dindirilib. O bildirib ki, martın 13-də evini təmizləməkdə kömək etməsi məqsədilə yaşadığı mənzilə xadimə qadın dəvət edib: “Ərim mənzilə gələn zaman mənə evə yad adam gətirməyim barədə iradını bildirdi. Bu səbəbdən aralamızda mübahisə baş verdi. Mübahisə zamanı Akif əlləri ilə qəsdən baş nahiyəmə vurdu. Daha sonra qollarımı sıxaraq mənə bədən xəsarətləri yetirdi. Bu əməllərinə görə Akifi bağışlamıram. Onun cəzalandırılmasını məhkəmədən xahiş edirəm”.

 

Qeyd: A.Məmmədovun barəsində Cinayət Məcəlləsinin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.

 

Kamal Məmmədov

Tarix: 24 Aprel 2022, 01:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin